"Kaan" 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətə girəcək
Nərmin Qocamanlı
Beşinci nəsil milli qırıcı "Kaan" 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrində xidmətə girəcək.
"Operativ Media" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Kaan” qırıcısı fevralın 21-də ilk sınaq uçuşunu həyata keçirib. Türkiyə Hərbi Hava Qüvvələrinin Ankaradakı Mürted aviabazasından havaya qalxaraq sınaq uçuşundan sonra oraya qayıdıb. “Kaan” qırıcısı 2017-ci ildən etibarən Türk Aerokosmik Sənayesi tərəfindən Milli Döyüş Təyyarələri proqramı çərçivəsində Türkiyədə yaradılıb.
Türkiyə rəsmiləri bəyan ediblər ki, "Kaan" taktiki və texniki xüsusiyyətlərinə görə Amerikanın F-35-lərini üstələyəcək və gələcəkdə respublikanın Hərbi Hava Qüvvələri ilə xidmətdə olan F-16 qırıcılarını əvəz edəcək.