Dövlət Departamenti: ABŞ Ukrayna münaqişəsində Kiyevin qələbəsinə ümid edir
ABŞ administrasiyası Kiyevin Ukrayna münaqişəsində qalib gələcəyinə ümid edir, çünki Vaşinqton bunun onun maraqlarına uyğun olacağını düşünür.
"Operativ Media" xəbər verir ki, bu sözləri xarici jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim deyib.
"Birləşmiş Ştatlara gəldikdə, məqsəd Ukraynanın müharibədə qalib gəlməsinə dəstək verməkdir. Bu, Ukraynanın başlatdığı müharibə deyil", - Kim ABŞ-nin Kiyevin qələbə çalması ilə bağlı sualı cavablandırarkən deyib.
Teqlər:
"D\u00f6vl\u0259t Departamenti: AB\u015e Ukrayna m\u00fcnaqi\u015f\u0259sind\u0259 Kiyevin q\u0259l\u0259b\u0259sin\u0259 \u00fcmid edir"