Husilər Britaniya gəmisini vurub
Fevralın 22-də Husi üsyançıları tərəfindən hücuma məruz qalan Britaniya gəmisinə cüzi ziyan dəyib.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Səna vaxtı ilə 8:30 (Bakı vaxtı ilə 9:30) ilə 9:45 arasında Husilər Yəmənin cənubundan Ədən körfəzinə doğru iki gəmi əleyhinə ballistik raket atıblar. Böyük Britaniya və Palau Respublikasının bayrağı altında dalğalanan gəmi yüngül zədələnib, bir nəfər yüngül xəsarət alıb", - komandanlığın "X" səhifəsində deyilir.
Hadisədən sonra gəminin öz marşrutu ilə davam etdiyi qeyd edilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net