Menyu

Hindistan ikinci kosmodrom inşa edəcək

Nərmin Qocamanlı
Hindistan ikinci kosmodrom inşa edəcək

Hindistan hakimiyyəti kiçik peyklərin buraxılması üçün ölkədə ikinci kosmodrom tikməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə “Deccan Herald” qəzeti məlumat yayıb.
Məlumata görə, ölkənin cənubundakı Tamil Nadu hökuməti bu layihə üçün torpaq alınmasını başa çatdırıb. Kosmodrom Kulasekarapattinam şəhərində 9 kilometr kvadrat sahədə meydana çıxacaq. Layihənin dəyəri 9,5 milyard rupi (təxminən 115 milyon dollar) nəzərdə tutulub. Hindistanın baş naziri Narendra Modinin fevralın 28-də tikintinin ilk daşının qoyulması mərasimində iştirak edəcəyi planlaşdırılır.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatının alimləri bildiriblər ki, buradan buraxılan peyklər birbaşa cənuba gedə biləcəyi üçün yeni kosmodrom yanacağa qənaət etməyə kömək edəcək. 

Ştat hökuməti həmçinin elm, texnologiya və dizayn firmalarını bölgəyə cəlb etmək üçün kosmodrom ətrafında kosmik sənaye və yanacaq parkı yaratmağı planlaşdırır.

Qeyd edək ki, Hindistanın ilk kosmodromu ölkənin cənub-şərqindəki Andhra Pradeş əyalətindəki Çennay şəhərindən 100 km şimalda olan adada yerləşir. Bu kosmodromdan ilk uğurlu buraxılış 1980-ci il iyulun 18-də, Rohini-1 peyki SLV-3 raketindən istifadə etməklə baş verib.

Teqlər:

"Hindistan ikinci kosmodrom in\u015fa ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər