Menyu

Ukrayna Polşaya nota göndərib

Nərmin Qocamanlı
Ukrayna Polşaya nota göndərib

Ukraynanın Polşadakı səfirliyi hakimiyyətə rəsmi nota göndərərək Ukrayna taxılının dağılmasında əli olanların məsuliyyətə cəlb olunmasını tələb edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın Varşavadakı səfiri Vasili Zvariç "Facebook"da məlumat verib.

"Başqalarının əmlakını tapdalayan və məhv edən cinayətkarlar qanun qarşısında cavab verməlidirlər. Polşa hüquqi dövlətdir. Belə vəziyyətlərdə qətiyyətli və güzəştsiz hərəkət etmək lazımdır", - diplomat bildirib.

Qeyd edək ki, fevralın 22-də Polşanın baş naziri Donald Tuskun iki ölkə sərhədindəki blokada və polşalı fermerlərin etirazları ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən imtina edib. Bundan əvvəl isə Ukrayna lideri Tusku nəqliyyat blokadası problemini həll etmək üçün fevralın 24-dən əvvəl iki dövlət arasında sərhədə gəlməyə dəvət edib.

Polşa fermerlərinin etirazları yanvarın sonundan, Ukraynadan Varşavaya gedən magistral yolun yüzlərlə traktor tərəfindən bağlanmasından sonra yenidən başlayıb. Fermerlər taxılla yüklənmiş Ukrayna yük maşınlarına hücum etməyə başlayanda münaqişə daha da şiddətlənib. İki vaqon dolusu qarğıdalı da dəmiryol relslərinə səpələyiblər.

Teqlər:

"Ukrayna Pol\u015faya nota g\u00f6nd\u0259rib"

Əlaqəli Xəbərlər