Menyu

Fransız fermerlər hakimiyyətin dəstəyindən narazı olduqlarını bildiriblər

Fransız fermerlər hakimiyyətin dəstəyindən narazı olduqlarını bildiriblər

Fransalı fermerlər fermerlərin iğtişaşlarını sakitləşdirmək üçün respublika hakimiyyətinin elan etdiyi tədbirləri yetərsiz hesab edir və hələ də ərzaq bazarındakı vəziyyətdən, eləcə də Ukraynaya milyardlarla avro vəsaitin ayrılmasından narazıdırlar. 

"Operativ Media" xəbər verir ki, bunu TASS müxbirinə müsahibəsində "Koordinasiya Rurale" assosiasiyasının regional bölməsinin rəhbəri Jan-Fransua Şaperon deyib.

O qeyd edib ki, rəhbərlik etdiyi birlik şənbə günü kənd təsərrüfatı sərgisində Fransa prezidenti Emmanuel Makronla görüşdən heç bir nəticə gözləmir. Onun sözlərinə görə, problemin kökü Yelisey sarayının sahibinin səlahiyyətindən kənardadır.

"Onların fermerlər üçün pulları yoxdur, lakin müharibəni davam etdirmək üçün Ukrayna üçün 50 milyard avro tapıblar. Bu, qəbuledilməzdir. Biz fermerlər belə bir sistemin qəti əleyhinəyik. Ukraynanın yarısı artıq Blackrock tərəfindən alınıb və Bill Qeytslə birlikdə digər şirkətlər bizi istifadə edir. Biz istəyirik ki, diqqət Fransa və Avropaya yönəlsin", - deyə agentliyin həmsöhbəti bildirib.

Teqlər:

"Frans\u0131z fermerl\u0259r hakimiyy\u0259tin d\u0259st\u0259yind\u0259n naraz\u0131 olduqlar\u0131n\u0131 bildiribl\u0259r"

Əlaqəli Xəbərlər