Almaniya Aİ-nin "Aspides" missiyasına qoşun göndərilməsini təsdiqləyib
Almaniyada Bundestaq Qırmızı dənizdə ticarət gəmilərinin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış "Aspides" missiyasına alman əsgərlərinin göndərilməsini təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Almaniyanın Federal Parlamenti (Bundestaq) məlumat yayıb.
Məlumata görə, parlamentdə keçirilən səsvermədə 538 deputat təklifi təsdiqləyib, 31 deputat əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.
Nazirlər Şurasının daha əvvəl qəbul etdiyi memoranduma görə, Almaniya bir freqat və təxminən 700 əsgəri ilə missiyaya töhfə verəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net