Menyu

Blinken: ABŞ Qəzza zolağında baş verənləri soyqırım hesab etmir

Blinken: ABŞ Qəzza zolağında baş verənləri soyqırım hesab etmir

"Vaşinqton Qəzza zolağındakı vəziyyəti Fələstin əhalisinin soyqırımı hesab etmir". 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Argentinanın xarici işlər naziri Diana Mondino ilə birgə mətbuat konfransında bildirib.

Amerika xarici siyasət departamentinin rəhbəri qeyd edib ki, soyqırım məsələsində ABŞ-in mövqeyi Çində uyğurlara, Myanmada Rohincalara edilən münasibətdə bəllidir. Eyni zamanda o, iddia edib ki, Amerika administrasiyasının nümayəndələri Myanmadakı hadisələr ilə bağlı vəziyyəti niyə soyqırım hesab etdiklərini ətraflı şəkildə izah ediblər.
 

Teqlər:

"Blinken: AB\u015e Q\u0259zza zola\u011f\u0131nda ba\u015f ver\u0259nl\u0259ri soyq\u0131r\u0131m hesab etmir"

Əlaqəli Xəbərlər