25 Fevral 2024, 11:49
Gülhüseyn Kazımov vəfat edib 
Gülhüseyn Kazımov vəfat edib  şəkil
Gülhüseyn Kazımov vəfat edib 

Azərbaycanın ictimai xadimi, yazıçı və şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımov vəfat edib.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən məlumat verilib. 

Bildirilib ki, G.Kazımov ötən gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gülhüseyn Kazımov 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, bir neçə şeirlər kitabının müəllifidir. Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından mahnılar bəstələnib və məşhur müğənnilər ifa edib.
 Azərbaycan Muğam tarixinin öyrənilməsi istiqamətində önəmli araşdırmalar və əsərlərin müəllifi olan Gülhüseyn Kazımlı iyirmi kitabın, bir monoqrafiyanın müəllifidir.

O, Nazirlər Kabinetində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və digər dövlət qurumlarında çalışıb.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır