Menyu

Regional Təhsil İdarəsi şagirdin iddia olunan səs yazısını araşdırır

Regional Təhsil İdarəsi şagirdin iddia olunan səs yazısını araşdırır

Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Operativ Media"ya verilən xəbərə görə, məsələ ilə bağlı məlumatlıdırlar, artıq ötən həftədən etibarən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma başlanılıb.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib:

"Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər