Menyu

FHN köməksiz vəziyyətdə qalan azyaşlıları xilas edib - VİDEO

FHN köməksiz vəziyyətdə qalan azyaşlıları xilas edib - VİDEO

Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlıların xilas edilməsinin görüntüləri yayılıb.

"Operativ Media" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzilldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2012-ci il təvəllüdlü M.R və 2021-ci il təvəllüdlü R.Y xilas edərək ailə üzvlərinə təhvil veriblər.

Teqlər:

"FHN k\u00f6m\u0259ksiz v\u0259ziyy\u0259td\u0259 qalan azya\u015fl\u0131lar\u0131 xilas edib - V\u0130DEO"

Əlaqəli Xəbərlər