Xaricdən alınan avtomobillərdə hansı problemlər yarana bilər?

Redaksiya
Xaricdən alınan avtomobillərdə hansı problemlər yarana bilər?

“Onlayn qaydada avtomobil sifariş edən bəzi vətəndaşlar problemlərlə qarşılaşırlar. Müştəri sifariş verir, avtomobili gətirir, sonra da qalır ustalarda”.

Bunu “Operativ Media”ya açıqlamasında avtomobil ustası Dəniz Ağabəyli deyib.

Ustanın sözlərinə görə, bəzi ölkələrdə istismara yararsız nəqliyyat vasitələrinin üzərində kosmetik iş aparılaraq saytlara yerləşdirilir və ucuz qiymətə alıcılara təklif olunur. Bu maşınlar isə Azərbaycan da daxil olmaqla Orta Asiya ölkələrinə göndərilir.

“Sürücülər həmin avtomobilləri “Carfax” vasitəsi ilə yoxlayırlar, ucuz olduğu üçün də alırlar. Bu işlə məşğul olan insanlar var ki, gətirib satırlar. Onlar avtomobilin problemini bilirlər. Lakin həmin hissələri Bakıda və ya Gürcüstanda düzəldib satışa çıxarırlar. Əksər hallarda da ən ucuz ehtiyat hissələrindən istifadə edirlər. Ona görə də sonradan alan adam sürprizlə qarşılaşır. Alışan avtomobillərin əksəriyyəti ucuz təmirin qurbanıdır. Bu avtomobillər təhlükəszilik cəhətdən çox problemlidir”.

Dəniz Ağabəylinin sözlərinə görə, xaricdən gətirilən  bəzi 2-ci əl avtomobillərdə qısa qapanmalarla yanaşı, digər çatışmazlıqlar da özünü göstərir.

“Koreyadan gətirilən avtomobillərdə müşahidə edirik ki, yürüş məsafəsi azaldılıb. Əsasən kilometraj dizel avtomobillərdə geri çəkilir. Maşın var 30 min kilometr yürüşlə alınır, yoxlayırsan ki, 300 min km gedib. Digər bir problem isə pas və çürük avtomobillərin gətirilməsidir. Maşının altına nazik kraska vurulur, bir neçə ay sonra xallamağa başlayır. Sonra da tədricən çürüyür. İnternet üzərindən ucuz avtomobil əldə etmək istəyən şəxslər diqqətli olmalıdırlar. Onlar peşəkar ustalara və ya rəsmi şirkətlərə üz tutmalıdırlar. Əks halda, nəqliyyat vasitəsində təkcə mühərriki işə salmaq üçün ikiqat xərcə düşməli olacaqlar”.

Digər xəbərlər