Menyu

Sofiyanın mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Sofiyanın mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Bolqarıstanın paytaxtı Sofiyanın mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz dərin hörmət və hüznlə Bolqarıstanın paytaxtı Sofiya şəhərinin mərkəzi məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdik. Bolqarıstanın Baş Müftiliyi ilə birgə keçirilmiş anım mərasimində Baş müftisi Xocalı qətliamı ilə bağlı xütbə söylədi. Soyqırımı qurbanlarının və bütün şəhidlərin ruhuna dualar oxunub”, - diplomat paylaşımında qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər