Menyu

Çin dünyada diplomatik gücünə görə 1-ci, Türkiyə 3-cü yerdədir - ARAŞDIRMA

Redaksiya
Çin dünyada diplomatik gücünə görə 1-ci, Türkiyə 3-cü yerdədir - ARAŞDIRMA

Çin hazırda dünyanın ən böyük diplomatik gücüdür və onun dünyadakı diplomatik mövcudluğu ABŞ-dan daha genişdir.

“Operativ Media”nın məlumatına görə, bu barədə Avstraliyanın “Lowy İnstitutu”nun “Dünya Diplomatiya İndeksi 2024” adlı hesabatında qeyd olunur. 

Bildirilir ki, bu reytinqdə Çin 274 diplomatik missiya ilə dünyada birinci, Amerika Birləşmiş Ştatları isə 271 diplomatik missiya ilə ikinci yerdə qərarlaşıb.

Hesabatda vurğulanır ki, Pekinin bu mövqeyi Vaşinqtonla gərgin geosiyasi rəqabət şəraitində dünyada nüfuzunu genişləndirmək üçün göstərdiyi səylərin nəticəsidir.

Hesabatda Rusiyanın diplomatik əlaqələrinin zəiflədiyi bildirilir. Buna səbəb isə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədir. Moskva 2022-ci ilin fevralından bəri xaricdəki 14 postunu bağlayıb. Digər indeks ölkələri müharibə başlayandan bəri Rusiya daxilində kollektiv olaraq 16 postu bağlayıb.

"Rusiyanın diplomatik əlaqələrinin zəifləməsi onun qlobal maraqlarını həyata keçirməsinə mane olacaq"-deyə hesabatda vurğulanır.

Həmçinin, Türkiyə və Hindistanın diplomatik gücü sürətlə böyüyür. İndeks göstəricilərinə əsasən, 2023-cü ildə Türkiyə diplomatik güc cəhətdən Yaponiya və Fransanı geridə qoyub. 

Hazırda bu indeksdə Türkiyə üçüncü yerdədir.

Teqlər:

"\u00c7in d\u00fcnyada diplomatik g\u00fcc\u00fcn\u0259 g\u00f6r\u0259 1-ci T\u00fcrkiy\u0259 3-c\u00fc yerd\u0259dir - ARA\u015eDIRMA"

Əlaqəli Xəbərlər