Menyu

"Samsung Galaxy Ring" təqdim edilib

Nərmin Qocamanlı
"Samsung Galaxy Ring" təqdim edilib

"Samsung" şirkəti Mobil Dünya Konfransında (MWC 2024) ağıllı üzük - "Galaxy Ring"i təqdim edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Mobidevices" məlumat yayıb.

"Galaxy Ring"də düymələr, ekranlar və ya LED-lər yoxdur. Qurğu istifadəçinin səhhətinə passiv nəzarət edən və məlumatı onun smartfonuna göndərən tək plastik parçadan ibarətdir. 

"Samsung Galaxy Ring"in təqdimatı zamanı, demək olar ki, bütün diqqət onun yuxu izləmə imkanlarına, o cümlədən daha rahat forma faktoruna yönəlib, çünki yuxu zamanı üzük istifadəçiyə smart saatlardan qat-qat az narahatlıq yaradır.

Üzük ağıllı saatlarda mövcud olmayan dörd əlavə inkişaf etmiş yuxu ölçülərini təklif edir: yuxu zamanı ürəyin ritmi, nəfəs alma sürəti, gecə hərəkəti və yuxu gecikməsi. Həmçinin ağıllı üzüyün yuxu apnesini (tənəffüsün qısa müddətə kəsilməsi) aşkar etmək və addımları və hərəkətləri izləmək funksiyası da var.

"Galaxy Ring" 5-dən 13-ə qədər ölçülərdə mövcuddur, üzüyün iç hissəsində S-dən XL-ə qədər işarələr var. Batareyanın ölçüsü 14,5 mAh ilə 21,5 mAh arasında dəyişəcək. Cihazın nə qədər batereya saxlayacağı hələlik məlum deyil. 
"Samsung Galaxy Ring" üç rəngdə - qara, platin gümüşü və qızılı rənglərdə mövcuddur. Cihazın buraxılış tarixi və qiyməti tezliklə açıqlanacaq.

Teqlər:

"\"Samsung Galaxy Ring\" t\u0259qdim edilib"

Fotogalereya

Əlaqəli Xəbərlər