Azərbaycanda diş məcunları bahalaşıb?

Redaksiya
Azərbaycanda diş məcunları bahalaşıb?

2024-cü ilin ilk aylarından Azərbaycanda diş məcunlarının qiyməti bahalaşıb.

Bu barədə yayılan məlumatları “Operativ Media”ya 10 ildən çoxdur ki, paytaxtın müxtəlif yerlərində mağaza işlədən Sərdar Sərdarlı təsdiqləyib. O bildirib ki, qiymət artımı digər gigiyenik məhsullarda da müşahidə edilir.

“Diş pastalarını alıcılar əsasən aşağı hissəsindəki rənginə görə seçirlər. Aşağıdakı kiçik kvadrat qara rəngdirsə, keyfiyyəti ən aşağıdır. Bu məhsulların tərkibi kimyəvidir. Bu pastaların qiyməti 2 manat 50 qəpikdən başlayır. Göy rəng olanlar ucuzdur. Tərkibində təbii vasitələr azdır. Təbii və dərman tərkibli maddələrdən istifadə edilib. Qiyməti 3 manatdan başlayır. Qırmızı rəng pastalar keyfiyyətli məhsul sayılır. Qiymətləri 5 manatdan başlayır. İstehsalçıya və məcunun növünə görə qiymətləri dəyişir. Yaşıl rəng kvadrat olanlar isə tam təbii hesab edilir. Qiymət ortalama 10 manatdan başlayır. Qiymət artımı bəzi məhsullarda hardasa 30 %-dən yuxarıdır. Məhsul var ki, 6 manat idi, indi 9 manat 40 qəpikdir. Rusiya istehsalı olanlar 1 manat civarında bahalaşıb. Ucuz məhsullarda isə bahalaşma 60 qəpiyə qədərdir”.

Digər xəbərlər