Menyu

Tərtərdə törədilən qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB

Tərtərdə törədilən qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB

Tərtərdə törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.

Baş Prokurorluqdan "Operativ Media"ya bildirilib ki, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

***

20:22

Fevralın 26-də saat 19 radələrində Tərtər rayonu Buruc kəndi ərazisində 1981-ci il təvəllüdlü Şəmilov Elburus Cəbrayıl oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Media"ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

Teqlər:

"T\u0259rt\u0259rd\u0259 t\u00f6r\u0259dil\u0259n q\u0259tl hadis\u0259sinin t\u0259f\u0259rr\u00fcatlar\u0131 m\u0259lum olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər