http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycanda off-road/SUV ban növlü avtomobillərin qiyməti ucuzlaşıb

27 Fevral 2024 , 16:11
Azərbaycanda off-road/SUV ban növlü avtomobillərin qiyməti ucuzlaşıb

“Mühərrik həcmi 3000 kubdan yuxarı olan avtomobillərin satışı bəzən aylar çəkir. İnsanlar böyük həcmli mühərriki olan avtomobillərdən imtina edirlər”.

Bunu “Operativ Media”ya açıqlamasında avtomobil satışı üzrə mütəxəsis Sərxan Qədirov deyib.

Sərxan Qədirovun sözlərinə görə, böyük həcmli mühərriki olan avtomobillərin qiyməti kəskin ucuzlaşıb. Dizel və hibrid mühərrikli avtomobillərin idxalının artması ilə benzin mühərrikli avtomobillərə tələbat azalıb. Xüsusilə də bu hal mühərrik həcmi böyük olan avtomobillərin satışına təsir edib. 

“3000 kub həcmli mühərrikli avtomobillər böyük həcmli mühərriki olan avtomobillər kimi qəbul edilir. Azərbaycan bazarında bu avtomobillərə hər zaman tələb olub. Bakıda olan “Cip”lərin (off-road/SUV ban növlü avtomobillər nəzərdə tutulur) sayı buna nümunədir. Amma indi satışı yoxdur. Aylarla elanlarda qalır, sahibi məcbur olub ucuz satır. Çünki benzinin bugünkü qiyməti və sərfiyyatı ilə sərf etmir. Artıq şəhərin tıxacı imkan vermir ki, sərfiyyat elə də çox olmasın. Bu avtomobillər 100 kilometr məsafə üçün 15 litrdən çox yanacaq sərf edir. Bir çox hallarda isə 20 litrdən çox yanacaq sərfiyyatı olur. Ona görə də şəhəriçi bu avtomobilləri istifadə etmək sərf etmir”.

Avtomobil satışı üzrə mütəxəsis Sərxan Qədirovun sözlərinə görə, bəzi off-road/SUV-ların qiyməti hətta 30 %-dən çox ucuzlaşıb.

“7 yerlik “Cip”lər indi 16 min manatdan başlayır. Söhbət dözümlü və keyfiyyətli yapon avtomobillərindən gedir. Halbuki, əvvəllər 28-30 min manat idi. Premium seqment sayılan avtomobillərin köhnə modelləri var ki, bir vaxtlar həqiqətən əlçatmaz idi. İstehsal ili də elə köhnə hesab edilmir. 2005-ci il 4000 kub mühərrikli avtomobilin qiyməti bu gün 14 min manatdan başlayır. Qiymətlərə təsir edən amillərdən biri də Koreya istehsalı olan dizel mühərrikli offroad avtomobillərin ölkəyə idxalının artmasıdır. Dizel mühərriklərin yanacaq sərfiyyatı az olur və funksionallağı da heç də geri qalmır. Bazarın təhlili onu deməyə əsas verir ki, dizel və hibrid mühərrikli avtomobillərə tələbat artıb”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu