Ana səhifə / Siyasət / Antalya Diplomatik Forumunda Azərbaycanı təmsil edəcək heyət açıqlanıb Antalya Diplomatik Forumunda Azərbaycanı təmsil edəcək heyət açıqlanıb 27.02.2024, 19:12 Redaksiya 1 martda Türkiyədə keçiriləcək Antalya Diplomatik Forumunda Azərbaycanı təmsil edəcək heyət açıqlanıb. "Operativ Media" xəbər verir ki, heyətə aşağıdakı siyasətçilərimiz daxildir: Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev; Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov; Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov; Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov; Energetika nazirinin müavini Kamal Abbasov; Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov; Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tural Gəncəliyev. Teqlər: "Antalya Diplomatik Forumunda Az\u0259rbaycan\u0131 t\u0259msil ed\u0259c\u0259k hey\u0259t a\u00e7\u0131qlan\u0131b"