27 Fevral 2024, 20:19
Aztelekom açıqladığı rəqəmlər və uyğunsuzluqlar - Mütəxəssis açıqladı
Aztelekom açıqladığı rəqəmlər və uyğunsuzluqlar - Mütəxəssis açıqladı şəkil
Aztelekom açıqladığı rəqəmlər və uyğunsuzluqlar - Mütəxəssis açıqladı

"Aztelekom açıqlayıb ki, şirkətin 2022-ci ildə gəlirləri təxminən 107 milyon manat olub. Amma bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, bu zərər əvvəlki ildən də 2.25 dəfə çoxdur".

"Operativ Media" xəbər verir ki, bu barədə İKT üzrə mütəxəssis Osman Gündüz özünün "Facebook" səhifəsində bildirib. 

"Aztelekom xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib.

Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib.

Belə çıxır ki, 341 min bağlantı üçün 100 milyon manatdan çox vəsait xərclənib. 

Bu ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalıydı. Burada nəsə yanlışlıqlar var. 

Ümid edirəm ki, Aztelekom dövlət şirkəti bu məsələyə aydınlıq gətirəcək", - mütəxəssis qeyd edib

Son xəbərlər
Zəngəzur dəhlizi hansısa şirkətə verilə bilərmi?
Paşinyan: Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrini bərpa etməyə maraqlıyıq
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?
Məleykə Abbaszadə: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq
DİM sədri: Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir