28 Fevral 2024, 14:05
Koreya Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
Koreya Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib şəkil
Koreya Prezidenti Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib

Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Operativ Media" xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Uzaqgörənliyiniz və liderliyiniz sayəsində Azərbaycan Respublikasının davamlı şəkildə inkişaf edəcəyinə əminəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərimiz genişlənmişdir. Son dövrlərdə enerji, infrastruktur, səhiyyə, “ağıllı kənd” və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən xüsusilə böyük məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcəkdir.

Sizə cansağlığı, Azərbaycan Respublikasına daimi inkişaf arzu edirəm".

Son xəbərlər
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir
Vətən müharibəsində Azərbaycanın mülki infrastrukturuna vurulan ziyanla bağlı sənədlər məhkəmədə tədqiq olunub
Almaniya İrandakı vətəndaşlarına Azərbaycan sərhədini tövsiyə edib
Tramp “TikTok”un ABŞ-də qadağasını 90 gün uzadıb
Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib - YENİLƏNİB
19 İyun 2025, 20:55
XİN: Müraciət edən 180 nəfər artıq Azərbaycan ərazisinə daxil olub