28 Fevral 2024, 14:21
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub şəkil
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Siyəzəndə Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunu əsaslı şəkildə yenidən qurub.

“Operativ Media" bu barədə AAYDA-ya istinadən xəbər verir.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə edir. Torpaq əsaslı yol kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 10 metrə qədər genişləndirilib. Layihə üzrə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi, suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası, yol əsasının tikintisi işləri tam olaraq icra olunub.

“İnşaat Norma və Qaydaları”na uyğun texnoloji ardıcıllıqla həyata keçirilən işlər çərçivəsində yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınıb.

Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görülüb.

Son xəbərlər
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu
İtaliyanın xarici işlər naziri İsrailin İrana hücumundan sonra təcili iclas çağırıb
BƏƏ İsrailin İrana hücumunu pisləyib