Menyu

Dövlət Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Dövlət Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Operativ Media"ya bildirilib ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı 2023-cü il ərzində normativlərə uyğun fəaliyyət göstərməyən 93 obyektin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər. Əks halda qanun pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən 10 000 manatadək cərimə tətbiq ediləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər