"Telegram" kanallarının sahibləri işlərinə görə pul ala biləcəklər
Nərmin Qocamanlı
Gələn aydan etibarən "Telegram" kanallarının sahibləri işlərinə görə pul ala biləcəklər.
"Operativ Media" xəbər verir ki, bu barədə "Telegram"ın qurucusu Pavel Durov məlumat yayıb.
Onun sözlərinə görə, "Telegram" hər ay 1 trilyondan çox baxış əldə edir.
"Eyni zamanda, hazırda kanal trafikinin yalnız 10%-i rəsmi "Telegram" reklam platforması vasitəsilə gəlir əldə edir. Martda isə yüzə yaxın yeni ölkədən olan istifadəçilər reklam yerləşdirmə xidmətindən yararlana biləcəklər. Reklamların nümayiş olunacağı kanalların sahibləri "Telegram"ın reklamların dərcindən əldə etdiyi gəlirin 50%-ni əldə edəcəklər", - deyə Durov qeyd edib.
Teqlər:
"\"Telegram\" kanallar\u0131n\u0131n sahibl\u0259ri i\u015fl\u0259rin\u0259 g\u00f6r\u0259 pul ala bil\u0259c\u0259kl\u0259r"