Samuxda 19 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

admin
Samuxda 19 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

"Operativ Media" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. 2003-cü il təvəllüdlü Jalə Məhərrəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Qadın xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər