Ana səhifə / Cəmiyyət / ABŞ səfiri Rusiya XİN-ə çağırıldı ABŞ səfiri Rusiya XİN-ə çağırıldı 07.03.2024, 15:36 ABŞ-nin Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, diplomat ABŞ-nin 3 QHT-sinin Rusiyada arzuolunmaz təşkilat elan edildiyi barədə məlumatlandırılıb. Səfirə Rusiyada arzuolunmaz təşkilat kimi elan edilən bu QHT-lərə yardımı dayandırmağı tələb edən nota da təqdim olunub. L.Treysiyə bildirilib ki, Rusiyanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı sərt şəkildə alınacaq. Teqlər: "AB\u015e s\u0259firi Rusiya X\u0130N-\u0259 \u00e7a\u011f\u0131r\u0131ld\u0131"
01.02.2026, 21:27 Kurban Berdıyev: "Qarabağ"ın pley-offa yüksəlməsi bütün Azərbaycan futbolunun uğurudur