Gürcüstan Ukraynanı cinayətkarları müdafiə etməkdə ittiham edib
Nərmin Qocamanlı
Gürcüstan Ukraynanı cinayətkarları müdafiə etməkdə ittiham edir.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
O, Ukrayna hakimiyyətini Tbilisinin axtarışda olan sabiq baş prokuroru Zurab Adeişvili ilə bağlı qalmaqala görə cinayətkarları müdafiə etməkdə ittiham edib.
"Ukrayna xalqının təcavüzə qarşı qəhrəmancasına mübarizəsi bu ölkə rəhbərliyini cinayətkarlara himayədarlıq etmək məsuliyyətindən azad etmir", - Gürcüstan parlamentinin spikeri bildirib.