Menyu

Şamaxıda palçıq vulkanı püskürüb

Şamaxıda palçıq vulkanı püskürüb

Şamaxıda palçıq vulkanı püskürüb.

"Operativ Media" xəbər verir ki, təbiət hadisəsi rayonun Məlikçobanlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, vulkan püskürməsindən öncə ərazidə uğultu səsi eşidilib. Sonra yerin dərinliyindən çıxan lava müəyyən ərazidə torpağın üz səthinə yayılıb.

Palçıq vulkanı təxminən 10-15 metr hündürlüyə püskürüb. Belə vulkanlar üçün xarakterik olan alov sütunu budəfəki püskürmə zamanı qeydə alınmayıb.

Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər