Menyu

Naxçıvanda 23 santimetr qar yağıb

Naxçıvanda 23 santimetr qar yağıb

Martın 10-u saat 07:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.

Yağışın miqdarı

Naxçıvanda 5 mm, Şahbuzda 2 mm, Şərurda 4 mm, Ordubadda 3 mm, Culfada 2 mm, Kəngərlidə 6 mm, Sədərəkdə 2 mm olub.

Qarın hündürlüyü

Qeyd edək ki, saat 07:00-a olan məlumata əsasən qarın hündürlüyü Nürgütdə (Ordubad) 23 sm, Küküdə(Şahbuz) 19 sm, Ərəfsədə(Culfa) isə 5 sm olub.

Teqlər:

"Nax\u00e7\u0131vanda 23 santimetr qar ya\u011f\u0131b"

Əlaqəli Xəbərlər