"Telegram"ın təxmini qiyməti 30 milyard dollardır
Nərmin Qocamanlı
"Telegram" potensial investorlar tərəfindən 30 milyard dollardan çox qiymətləndirilir.
"Operativ Media" xəbər veriri ki, bunu"Telegram" sosial şəbəkəsinin həmtəsisçisi Pavel Durov “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Biznesmen ilkin kütləvi təklifin vaxtını və yerini açıqlamayıb.
Durov deyib ki, 30 milyard dollarlıq təxmin həm də qlobal texnologiya fondları tərəfindən edilib, lakin o, "Telegram"ın satışını rədd edib.
Sahibkar əlavə edib ki, mümkün IPO zamanı "Telegram" səhmlərin bir hissəsini adi istifadəçilərinə satmağı nəzərdən keçirəcək.
Durov həmçinin bildirib ki, "Telegram" bu il olmasa da, 2025-ci ildə gəlirli olmağa ümid edir. Çünki sosial şəbəkə artıq gəlirliliyə yaxınlaşır və istifadəçilərin sayı 900 milyon nəfərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net