“Tərtər işi” ilə bağlı bəraət almış 18 nəfərin kimliyi məlum olub

Operativ Media
“Tərtər işi” ilə bağlı bəraət almış 18 nəfərin kimliyi məlum olub

“Tərtər işi” üzrə cinayət işlərinə bəraətverici əsaslarla xitam verilmiş 18 nəfərin adları və rütbələri məlum olub.

"Operativ Media" xəbər verir ki, bu barədə vəkil Rəsul Cəfərov məlumat yayıb. 

Vəkil bildirib ki, həmin şəxslər müxtəlif maddələrlə ittiham olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdular.

"Tərtər işi" ilə bağlı istintaqın təzələnməsindən sonra isə onların günahsız olduqları təsdiqlənib:

Polkovnik-leytenant Seymur Hidayətov;

Polkovnik-leytenant Ramin Mustafayev;

Mayor Elşən Xamıyev;

Mayor Cavid Ağayev;

Kapitan Elmar Allahverdiyev;

Kapitan Elvin Xəlilov;

Kapitan Ziya Qurbanov;

Kapitan Səddam Quliyev;

Kapitan Bəşir Məmmədov;

Baş leytenant Elvin Rəfiyev;

Baş leytenant Sabir Əliyev;

Baş leytenant Yusif Əsədov;

Leytenant Əsəd Mancanov;

Gizir Turab Kərimov;

MAXE Zamiq Səfərov;

MAXE Rəcəb Teymurov;

MAXE Bəhruz Novruzov;

MAXE Eyyub Məmmədov.

 

Digər xəbərlər