Ülvi Həsənlinin həbs müddəti uzadılıb
Nərmin Qocamanlı
“Abzas media”-nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb.
"Operativ Media" xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 20-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Ü.Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net