Tramp “Palestine Action” hərəkatını beynəlxalq terror təşkilatı elan etməyə hazırlaşır
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada fəaliyyət göstərən “Palestine Action” hərəkatını beynəlxalq terror təşkilatı elan etməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, belə bir qərarın qəbul ediləcəyi təqdirdə, təşkilat HƏMAS, “Əl-Qaidə” və İŞİD kimi qruplarla eyni siyahıya daxil ediləcək.
Bundan əlavə, “Palestine Action”ın ABŞ-dəki aktivlərinin, o cümlədən bank hesabları və daşınmaz əmlakının dondurulması, amerikalıların təşkilatla hər hansı işgüzar əlaqə saxlamasının qadağan edilməsi nəzərdə tutulur.
Sanksiyalar təşkilata maliyyə vəsaiti, məhsul və xidmətlərin təqdim edilməsinə də qadağa qoyacaq. Hərəkatın tərəfdarlarının ABŞ-yə girişinə də məhdudiyyət tətbiq edilə bilər.
Qeyd edək ki, “Palestine Action” 2020-ci ildə Böyük Britaniyada yaradılıb və İsrailə silah tədarükü ilə əlaqəli Britaniya şirkətlərinə qarşı aksiyalar keçirir.
dəqiqələr içində saytın olsun.