Menyu

Zelenski Azərbaycanla bərabər bir sıra ölkələrə təşəkkür edib

Operativ Media
Zelenski Azərbaycanla bərabər bir sıra ölkələrə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müstəqilliyinin bərpasının 35-ci ildönümündə Ukraynaya dəstək nümayiş etdirən dövlət və təşkilatlara təşəkkür edib.

Operativ Media xəbər verir ki, Zelenski paylaşımında Argentina, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Avropa Şurası, Çexiya, Ekvador, Avropa İttifaqı, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İraq, İrlandiya, İsrail, İtaliya, İordaniya, Latviya, Litva, Lüksemburq, Moldova, Monteneqro, Şimali Makedoniya, Filippin, Polşa, Portuqaliya, Cənubi Koreya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və Vyetnama minnətdarlığını bildirib.

O vurğulayıb ki, Ukraynanın dünyanın diqqət mərkəzində saxlanılması üçün göstərilən hər bir dəstək və həmrəylik addımı böyük əhəmiyyət daşıyır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər