Menyu

Bakının bəzi ərazilərində hərəkət məhdudlaşdırılır

Operativ Media
Bakının bəzi ərazilərində hərəkət məhdudlaşdırılır

Körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə Bakının bəzi ərazilərində mühəndis qurğularında instrumental müayinələr aparılacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən "Karl Marks" yol ötürücüsündə müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.

Avqustun 27-dən 28-nə keçən gecə, 28-i səhər saatlarınadək Bakıxanov küçəsində yerləşən "Bakıxanov" yol ötürücüsü, Ceyhun Səlimov küçəsində yerləşən "Papanin" yol ötürücüsü və Pirşağı dəmir yolu üzərində yerləşən "Pirşağı" yol ötürücüsündə isə yol ötürücülərində müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Instrumental müayinələr AAYDA-nın sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək.

Agentlik bildirir ki, instrumental müayinələrin aparılması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini, həmçinin vizual baxışla müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.

Qurum sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələri və aparılan müayinələrə anlayışla yanaşmaları xahiş edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər