Menyu

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

Operativ Media
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

Avqustun 27-si saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaş (Qax), Gədəbəydə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Mingəçevir, Zaqatala, Goranboy, Şahdağ, Şəki, Oğuz, Şəmkir, Şərurda 1 mm-dək qeydə alınır.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Culfada 22, Goranboyda 19, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18, Tərtərdə 16 m/s-dək güclənir.

Qusar, Goygöl, Xankəndi, Şahbuz, Lerikdə duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti müşahidə olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər