Menyu

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Operativ Media
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
1 dəq oxu

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 41 yaşlı Samir İsmayılov saxlanılıb.

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd narkotik xassəli kol, eləcə də sellofan torbada qablaşdırdığı narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlaqəli Xəbərlər