14 Mart 2024, 17:53
Aİ onlayn xidmət göstərən platformaların fəaliyyətini yoxlayır

Aİ rəqəmsal platformaların fəaliyyətini izləmək məqsədi daşıyan Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində "AliExpress", "TikTok" və digər yeddi əsas onlayn xidmətdə yoxlamalar həyata keçirir.
"Operativ Media" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Bildirilib ki, "AliExpress" onlayn ticarət platforması təhlükəli malların, xüsusilə də saxta dərmanların satışı ilə mübarizə üzrə öhdəliklərini yerinə yetirməməkdə şübhəli bilinir.
Qeyd edək ki, Avropa Komissiyası 2023-cü ilin noyabr ayının əvvəlində şirkətə ətraflı məlumat sorğusu göndərib. Hazırda sorğunun nəticələrinə əsasən, DSA daxilində istehlakçıların hüquqlarının müdafiəsi üçün rəsmi prosedur həyata keçirilir.