Menyu

"WhatsApp" istifadəçilərinə yeni funksiya təklif olunacaq

Nərmin Qocamanlı
"WhatsApp" istifadəçilərinə yeni funksiya təklif olunacaq

"WhatsApp" mesajlaşma proqramının istifadəçiləri üçün kontaktlarındakı şəxsləri status yeniləmələrində etiketləyə biləcəkləri funksiya hazırlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

 Bildirilib ki, istifadəçilər statuslarda etiketləndikləri barədə bildiriş alacaqlar. Bu, kontaktlarınızı birbaşa status yeniləmələrinə daxil etməyə və insanlarla qarşılıqlı əlaqəni artırmağa kömək edəcək.

Sözügedən funksiya hələlik inkişaf mərhələsindədir və tətbiqin gələcək yeniləməsində əlçatan olacaq.

Teqlər:

"\"WhatsApp\" istifad\u0259\u00e7il\u0259rin\u0259 yeni funksiya t\u0259klif olunacaq"

Əlaqəli Xəbərlər