http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Bakıda fəaliyyət göstərən “Tegeta” nümayəndəliyini yeni multifunksional mərkəz ilə genişləndirir

15 Dekabr 2022 , 11:39
Bakıda fəaliyyət göstərən “Tegeta” nümayəndəliyini yeni multifunksional mərkəz ilə genişləndirir


Bakıda fəaliyyət göstərən “Tegeta” nümayəndəliyini yeni multifunksional mərkəz ilə genişləndirir. "Operativ Media" xəbər verir ki, Regionda avtosənayenin lideri olan şirkətin JCB-nin standartları ilə tikilmiş servis mərkəzi xüsusi təyinatlı texnikaya və yük avtomobillərinə xidmət göstərəcək.

Dekabrın 10-da “Tegeta”nın biznes tərəfdaşları, korporativ istehlakçıları, yerli hakimiyyətin üzvləri, Azərbaycanda Gürcüstan, Britaniya səfirliyinin və JCB-nin baş ofisinin nümayəndələrinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib. Açılışda şirkətin direktoru Giorgi Beridze də çıxış edib:

 “Bir neçə aylıq tikinti işlərini uğurla başa çatdırdıq və bizim istehlakçımıza JCB-nin yüksək səviyyəli tikinti və xüsusi təyinatlı texnikası ilə yanaşı, satışlardan sonrakı tam xidməti də təklif edirik. İllərdir ki, Tegeta-nın Azərbaycan ilə sıx biznes əlaqələri var. 2016-cı ildə ilk nümayəndəliyi açdıq, cari ilin may ayından JCB-nin xüsusi təyinatlı texnikasını istehlakçıya eksklüziv olaraq təklif edirik. Artıq Britaniya brendinin standartlarına uyğun olan servis mərkəzimiz və şourumumuz da xidmətdədir. Bu genişləndirmə bizə, bir tərəfdən, biznesi inkişaf etdimək, digər tərəfdən, premium brendin texnikasını çatdırmaqla, yerli infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək olmaq imkanını verir”.

Rəsmi açılış mərasimində “Tegeta Motors Bakı”-nın direktoru Davit Endeladze çıxış edib. O, qonaqlara servislər və məhsullar barədə məlumat verib:

“Azərbaycanda iri infrastruktur layihələri fəal rejimdə aparılır və müvafiq olaraq, texnikaya tələbat artır. Tikinti işlərinin ləngitmədən həyata keçirilməsi üçün, servis mərkəzindən əlavə, istehlakçıya mobil qrupların köməyi ilə yerində xidməti də göstərəcəyik. Bu isə fasiləsizlik və əməliyyat proseslərinin effektiv şəkildə idarə edilməsi deməkdir. Bazarın tələbatlarına uyğun olaraq, şəbəkənin genişləndirilməsi və mobil qrupların sayının artırılması üzərində işləyirik.”

Multibrend şourumunda isə avtomobil məhsullarının geniş seçimi təqdim edilib. 30-dan artıq adda brend şinləri, akkumulyatorları, ehtiyat hissələri və sürtkü materialları nümayiş olunub. Bildirilib ki, sahəsi 1800 kvadrat metr olan mərkəzdə kommersiya və xüsusi təyinatlı texnikaya “Tegeta”ya yüksək ixtisaslı işçi heyəti xidmət göstərir. Layihənin cəmi sərmayəsi isə bir milyon dollardan artıqdır.

Məlumat üçün bildirək ki, 2007-ci ildə qurulan tikinti texnikasının istehsalçısı JCB 75 ildir ki, 150-dən artıq ölkədə fəaliyyət göstərir. Gürcüstan və Azərbaycan da daxil olmaqla dünyanın dörd qitəsində 800-dək rəsmi dilleri var.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
Menyu