Menyu

Cənubi Koreya "Netflix"i biznes pozuntularında ittiham edib

Nərmin Qocamanlı
Cənubi Koreya "Netflix"i biznes pozuntularında ittiham edib

Cənubi Koreya qlobal rəqəmsal yayım platforması "Netflix"ə qarşı abunəliyin ləğvi ilə bağlı istifadəçilərinə ədalətsiz rəftar etdiyi səbəbi ilə istintaq başladıb.

"Operativ Media" xəbər verir ki, Cənubi Koreya Ədalətli Ticarət Komissiyası (SKFTC) istifadə şərtləri və abunə ləğvi şərtlərini müəyyən edən digər sənədləri qəbul etmək üçün "Netflix"in paytaxt Seuldakı binasına müfəttiş göndərib.

"Netflix" istifadəçilərinin üzvlüklərini erkən ləğv etmələrini çətinləşdirməkdə və hesab-faktura müddətində üzvlük ləğvi prosesi haqqında istifadəçilərə lazımi məlumat verməməkdə günahlandırılır.

Cənubi Koreya Rabitə Komissiyasının məlumatlarına görə, "Netflix" 11 milyondan çox abunəçisi ilə ölkədə aylıq ən çox istifadəçi sayına malik rəqəmsal platformadır.

Qeyd edək ki, "Netflix" 2022-ci ilin fevralında Cənubi Koreyada ədalətsiz abunəlik təcrübələrinə görə cərimələnib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər