Menyu

"Youtube" süni intellektin yaratdığı məzmunu qeyd etməyə başlayacaq

Nərmin Qocamanlı
"Youtube" süni intellektin yaratdığı məzmunu qeyd etməyə başlayacaq

"YouTube" süni intellektdən istifadə edərək yaradılan videoları qeyd edəcək funksiyanı elan edib.

"Operativ Media" xəbər verir ki, bu seçim videonun yüklənməsi prosesində görünəcək və yaradıcılardan videonun original, yoxsa "sintetik" məzmunun olub-olmadığını bildirmələri istənəcək.

Buraya insanın realda etmədiyi bir şeyi söyləməsi və ya etməsi, real hadisələrin və yerlərin şəkillərini dəyişdirməsi və ya əslində baş verməmiş "real mənzərə" göstərməsi kimi şeylər daxildir.

Digər tərəfdən dəbli filtrlər, fon bulanıqlığı kimi xüsusi effektlər və animasiya kimi "qeyri-real məzmun"lar reklam tələb etmir.

Qeyd edək ki, noyabr ayında "YouTube" süni intellekt tərəfindən yaradılan məzmunla bağlı siyasətlərini ortaya qoyub. Bununla yanaşı, musiqi etiketlərini və sənətçiləri qoruyan ciddi qaydalar tətbiq edib. Bu qaydaların bir hissəsi olaraq "YouTube" yaradıcıların süni intellektdən istifadə edərək yaradılan materialı bildirməli olduğunu söyləyib, lakin bunu necə edəcəklərini dəqiqləşdirməyib.

Teqlər:

"\"Youtube\" s\u00fcni intellektin yaratd\u0131\u011f\u0131 m\u0259zmunu qeyd etm\u0259y\u0259 ba\u015flayacaq"

Fotogalereya

Əlaqəli Xəbərlər