Şəmkirdə iki yük avtomobili toqquşub
Şəmkirdə iki yük avtomobili toqquşub.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “MAN" markalı yük maşını "Qazel" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib, xüsusilə "Qazel" yararsız hala düşüb.
İlkin məlumata görə, qəzaya səbəb "MAN" markalı yük maşının sürücüsünün yol kənarında heç bir xəbərdaredici nişan olmadan dayanması olub.
Faktla bağlı araşdırma başlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net