Menyu

İspaniya məhkəməsi "Telegram"ın ölkədə bloklanmasına qərar verib

Nərmin Qocamanlı
İspaniya məhkəməsi "Telegram"ın ölkədə bloklanmasına qərar verib

İspaniyanın Milli Ədalət Məhkəməsinin hakimi Santiaqo Pedraz ölkədə "Telegram" mesajlaşma proqramının dayandırılmasına qərar verib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Bildirilib ki, qərarın dəqiq nə vaxt qüvvəyə minəcəyi bəlli deyil.

Məhkəmənin qərarı "Mediaset", "Atresmedia" və "Movistar Plus" media şirkətlərinin müəllif hüquqları ilə qorunan audiovizual məzmundan icazəsiz istifadə edilməsi ilə bağlı qaldırdığı iddia ilə əlaqədardır. Pedraz bu qərarı şirkətlərin israrla proqramın İspaniyadakı fəaliyyətini təhqiqat davam edərkən iflic vəziyyətinə salmaq tələbi çərçivəsində qəbul edib.

Qeyd edək ki, sosial şəbəkə hələ ki İspaniyada fəaliyyətini davam etdirir.

Teqlər:

"\u0130spaniya m\u0259hk\u0259m\u0259si \"Telegram\"\u0131n \u00f6lk\u0259d\u0259 bloklanmas\u0131na q\u0259rar verib"

Əlaqəli Xəbərlər