Qubada ağac kəsən şəxs barəsində tədbir görülüb
Əziz Əzizli
Quba Rayon Polis Şöbəsinin, eləcə də 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri nəzarət tədbiri zamanı rayon ərazisində qanunsuz ağackəsmə faktı aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon sakini C.Mirzəyev müəyyən olunub. Onun yaş halda qovaq ağacı kəsdiyi və təbiətə ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı akt tərdib olunub, tədbirlər davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net