Menyu

Mingəçevirdə avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpılıb, ölən var

Nərmin Qocamanlı
Mingəçevirdə avtomobil dəmiryol keçidinə yaxın dirəyə çırpılıb, ölən var

Bu gün saat 00:26 radələrində Mingəçevir ərazisində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “Operativ Media"ya verilən məlumata görə, baş vermiş qəza nəticəsində sürücü vəfat edib.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır”, - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər