Menyu

Parkinq tarifləri əhalidə niyə narazılığa səbəb olub?

Nərmin Qocamanlı
Parkinq tarifləri əhalidə niyə narazılığa səbəb olub?

Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsindəndə, yəni “28 May” metrostansiyasının yuxarı hissəsində yerləşən ərazidə avtomobillər üçün parkinq tarifləri müəyyən edilib. Qiymətlər ilk 15 dəqiqə ödənişsiz, 15-30 dəqiqə - 1 manat, 30-60 dəqiqə - 2 manat, 1-2 saat - 4 manat, 2-3 saat - 6 manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat təşkil edib. Lakin vətəndaşların çoxu tariflərin baha olmasından narazılıq edib.

Mövzu ilə əlaqədar nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Operativ Media" ilə fikirlərini bölüşüb.

O bildirib ki, dövlətə məxsus yerdə parklanma qiymətləri Nazirlər Kabinetinin qərarı ilə tənzimlənməli və dövlətin mövcud sosial yönümlü siyasətinə zidd olmamalıdır:

"Bu tariflər ən inkişaf etmiş ölkələrdə fərqli, inkişaf etmiş ölkələrdə fərqli və inkişafda olan ölkələrdə isə daha fərqli olur. Təbii ki, inkişaf etməkdə olan ölkələrdə tariflər daha ucuz nəzərə alınır. Ötən il ərzində Nazirlər Kabineti parklanma ilə bağlı tarifləri müəyyən edib və olduqca ədalətli, sosial yönümlü tariflərdir, eyni zamanda hər kəsin cibinə uyğundur. Hətta şəhər ətrafına getdikcə orada parklanma, ümumiyyətlə, pulsuzdur. Həmçinin bazar gününün də pulsuz olması çox gözəl addımdır. Parklanma yeri ilə avtodayanacağın fərqi var. Avtodayanacaqlar əsasən uzunmüddətli nəzərdə tutulur və onların aylıq tarifləri olur. Amma parklanma yerlərində həm güzəştlər tətbiq olunur, həm də onun ilkin 15 dəqiqəsi Nazirlər Kabinetinin qərarına əsasən pulsuzdur. Dövlətə məxsus yerdə parklanma tarifləri Nazirlər Kabinetinin qərarı ilə tənzimlənməli və dövlətin mövcud sosial yönümlü siyasətinə zidd olmamalıdır. Həmçinin əlilliyi olan insanlarda inklüzivlik nəzərə alınmalıdır və sahibkarlığa ziyan olmamalıdır".

Ekspertin sözlərinə görə, cəmiyyətdə parklanma ilə bağlı ajiotaj yaranmasının tək səbəbi qiymət məsələsi deyil:

"Mən bunu ətraflı təhlil etdikdə belə nəticəyə gəlirəm ki, bu, həm də parklanma yerinin məhdudlaşdırılması ilə bağlıdır. Əvvəllər Dəmiryolu Vağzalının qarşı tərəfində, "28 may" metrosu ərazisində geniş parklanma ərazisi var idi və nədənsə ora avtomobillərin girişi bağlandı. Hazırda yaradılan yeni parklanma yerləri kifayət qədər deyil, orada avtomobillərin saxlanması üçün kifayət qədər yer yoxdur və bu özü-özlüyündə bir ajiotaj yaradır, ora tələb yüksəlir. Düşünürəm ki, yenidən Dəmiryolu Vağzalının aşağı hissəsində olan parklanma yeri yenidən fəaliyyət göstərməlidir ki, insanlar rahatlıqla gedib-gələ bilsin. Bu kiçik parklanma yeri, əlbəttə ki, tələbi ödəmir və ödəməyəcək. Düşünürəm ki, tariflərlə bağlı əhalinin narazılığı nəzərə alınacaq".

Sevinc İbrahimzadə

 

Teqlər:

"Parkinq tarifl\u0259ri \u0259halid\u0259 niy\u0259 naraz\u0131l\u0131\u011fa s\u0259b\u0259b olub?"

Əlaqəli Xəbərlər