27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb
Əziz Əzizli
Bu gün 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb.
"Operativ Media" xəbər verir ki, səfər Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil edilib.
Öncə şəhid ailələri ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.
Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər.
Həmçinin şəhid ailələri Xocavənd rayonuna da gedəcəklər.
Qeyd edək ki, ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net