Menyu

Ötən gün 24 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Ötən gün 24 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 27-də ümumi çəkisi 23,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
  
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,2 kiloqramdan artıq heroin, 17,5 kiloqrama yaxın marixuana, 3 kiloqramdan çox tiryək, həmçinin 830 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər