28 Mart 2024, 13:10
“Azneft”in baş direktoru vəzifəsindən azad edilib
“Azneft”in baş direktoru vəzifəsindən azad edilib şəkil
“Azneft”in baş direktoru vəzifəsindən azad edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

"Operativ Media" yerli KİV-ə istinadən xəbər verir ki, Şahmar Hüseynov müvafiq əmrlə İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.

Onun əvəzinə “Umid Babək Əmliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Qurbanov Əli Qurban oğlu “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

Qeyd edək ki, Ə. Qurbanov 26 aprel 1967-ci ildə Siyəzən rayonunda anadan olub. O, əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində çalışıb. 1998-ci ildən fəaliyyətini BP şirkətində davam etdirib.

2011-ci ildən başlayaraq ARDNŞ-nin baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

Xatırladaq ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Qeyd edək ki, SOCAR-da kadr dəyişiklikləri aparılır. Belə ki, mart ayının 11-də SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev də vəzifəsindən azad edilib.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb